Xəbər Lenti
Dün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
25-04-2024, 12:01
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
24-04-2024, 06:05
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
Alim Qasımov: “Aygünün ölüm xəbərini eşitdim, özümə gələ bilmirəm” - AÇIQLAMA
“Ölüm xəbərini eşitdim, pis hala düşdüm”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Alim Qasımov tələbəsi olmuş mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə bağlı xatirələrindən danışarkən deyib.
O hələ də bu xəbəri qəbul etmədiyini bildirib:
“Dünən gecə eşitdim. Çox pis oldum. Özümə gələ bilmirəm. Qanım qaraldı. O mənim tələbəm olub. Dəyərli səsə malik idi. Allah ruhunu şad etsin! Ailəsinə səbir diləyirəm”.
A.Qasımov sonda dəfn və vida mərasimi ilə bağlı heç bir məlumatı olmadığını əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib.
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.