Xəbər Lenti
20-08-2026, 18:01
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Əməkdar artist Gülbahar Şükürlü ilə vida mərasimi bitdi
Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü ilə vida mərasimi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, mərhum dəfn olunması üçün Buzovnadakı “Əli ayağı” məscid-ziyarətgah kompleksinin yaxınlığındakı qəbiristanlığa aparılır.
11:28
Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü Buzovna qəsəbəsində, həyat yoldaşının yanında dəfn olunacaq.
Bu barədə Oxu.Az-a onun ailə üzvləri bildiriblər.
10:42
Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əməkdar artistlə vida mərasimi Buzovna qəsəbəsindəki evində keçirilir.
Nəzrin Vahid























































