Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

30 Ock 16:46Manşet / Gündəm

Məşhur rəqqasə: “Məni heç bir “hacı” Fatimə etməyib”

 

“Yayda konsert etmək istəyirəm. Amma çox maddiyyat tələb edir. Mən isə pulu öz problemlərimin həllinə sərf edirəm. Sənət öz yerində, amma heyif ki, biz öz rəqsimizə, sənətimizə dəyər vermirik. Rəqsi yaşadanı görən yoxdur. Bunu da görəndə passivləşirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Konsert arzusu olan sənətçi bunun çox pul tələb etməsindən danışıb:

“Öz biznesimi də folklorumuza həsr etmişəm. Ora mənim qazanc yerimdir. Ailəm, özüm üçün işləyirəm”.

Fatimə son günlər sənət adamlarının adlarının “hacı”larla hallanması məsələsinə də toxunub:

“Səhifələrdə qarşıma çıxır ki, yazırlar şou-biznesdə filankəslər “hacı”larla tanınıblar. Mədəniyyət sahəsində olanlara bu cür baxmayın. Elə özümdən deyim... Məni heç bir “hacı” Fatimə etməyib. Ana qarışqa kimi çalışıb bu yerlərə gəlmişəm. Xoşbəxtəm ki, Allah mənə gözəl ürək verib. Nə qədər pisliklər, zərbələr görsəm də, insanlara olan sevgim azalmır. Bəzən elə olur ki, sənətdən küsürsən. Amma sonra deyirəm, yox, Allah mənə güc versin, daha çox iş görüm”.