Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı yeni detallar açıqlanıb
“Bu il ərzində işlər tamamlanacağı təqdirdə Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbuluna başlanılacaq”.
“Report” xəbər verir ki, bu fikri Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar bildirib.
O, Azərbaycanda beynəlxalq əməkdaşlığı daha yüksək səviyyəyə daşıyacaq bir ali təhsil müəssisəsi modeli qurulacağını deyib. Şura sədri söyləyib ki, Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq:
“Layihənin ən mühüm xüsusiyyəti Türkiyə və Azərbaycanın ən köklü və güclü universitetlərinin proqramlarını bir araya gətirməkdir. Bu yeni modelə Türkiyənin köklü universitetlərinin Ali Təhsil Şurası tərəfindən təyin olunacaq önlisans (ali təhsilin ilkin mərhələsi), bakalavr və magistr proqramları daxil olacaq”.
E.Özvar bildirib ki, Azərbaycan alimləri ilə təkcə bakalavr təhsili sahəsində deyil, həm də layihələrdə, tədqiqatlarda və kitab nəşri sahələrində də birgə işləyəcəklər:
“Bakıda təhsil ilk növbədə səhiyyə, mühəndislik və informatika sahələrində veriləcək. Qəyyumlar Şurası daha sonra hansı proqramların açılacağını müəyyənləşdirəcək. Qəyyumlar Şurası Türkiyə və Azərbaycanın ali təhsil sahəsində çalışan ekspertlərindən ibarət olacaq. Buraya təkcə azərbaycanlı tələbələr deyil, dünyanın hər yerindən maraqlananlar müraciət edə bilərlər. Universitet modelində türk və ingilis proqramları açılacaq. Verilən təhsilin keyfiyyəti və təminatı Türkiyə və Azərbaycan Ali Təhsilin Keyfiyyət şuraları tərəfindən təmin ediləcək”.
Şura sədri söyləyib ki, Türkiyə vətəndaşı olan tələbələr bu universitetə Ali Təhsil Qurumları İmtahanı (YKS) ilə daxil ola biləcəklər. Digər ölkələrdən olan tələbələr də beynəlxalq tələbə qəbulu prinsiplərinə uyğun olaraq qəbul olunacaqlar.
Qeyd edək ki, fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.























































