Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
Pakistanda yeni baş nazir seçilib
Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif ölkənin yeni baş naziri seçilib.
Ölkənin Milli Assambleyasında (parlamentin aşağı palatası) səsvermə prosedurunu PTV News yayımlayıb.
Parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i liqa liderinin lehinə səs verib. Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyaya müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.























































