Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Moldova prezidenti Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik etdi
Moldova Prezidenti Maya Sandu Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib.
Sandu bu barədə özünün “Facebook” hesabında paylaşım edib.
“Astronomik bahar gəldi və baharla birlikdə Novruz bayramını qeyd edən dünya azərbaycanlılarının qəlblərinə də sevinc gəldi. O Novruz bayramı ki, sülh və harmoniya gətirən, təbiəti canlandıran, firavan və parlaq bir ilin olacağına ümidlər doğuran bir bayramdır.
3000 ildən artıq ənənəyə malik olan Novruz bayramı 2009-cu ilin sentyabr ayından UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib, 2010-cu ilin fevralında isə BMT Baş Assambleyası 21 mart gününü Beynəlxalq Novruz Günü elan edib ki, bu da saflıq və əbədi bəşəri dəyərlər deməkdir. Bu, ailə və cəmiyyətin vəhdəti deməkdir, mədəni ənənələrin zaman keçdikcə inkişaf etməsi və əbədiləşməsi deməkdir.
Moldova Respublikasının azərbaycanlı icmasını və Novruz bayramını qeyd edənləri gözəl və təzələnən bayram münasibətilə təbrik edirəm. Qoy eviniz bütün sevdiklərinizin görüş yerinə çevrilsin, qəlbləriniz isə xeyir və nura açıq olsun. Novruz bayramınız mübarək olsun! Novruz bayramınız xoşbəxtlik gətirsin!” - deyə Maya Sandu paylaşımda qeyd edib.























































