Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Əliyev-Putin danışıqları: Azərbaycan-Rusiya münasibətlərini pisləşdirmək istəyənlərə mənalı cavab - TƏHLİL
Rusiya informasiya məkanının təbliğat ruporu Vladimir Solovyov “Crocus City Hall”dakı terror aktında “Azərbaycan izi” axtarmağa girişib.
Solovyovun absurd yanaşması onun erməni lobbisinin fəalları Marqarita Simonyan və Aram Qabrielyanovla eyni ip üzərinə çıxdığını göstərir.
Bu “trio”nun Azərbaycana qarşı vahid bir yanaşması mövcud olduğundan onların eyni mərkəzdən idarə olunması faktı təsdiqlənir.
“Azərbaycan və terror” mövzusunun eyniləşdirilməsini tirajlayan mərkəzlərdən biri də qaranlıq dövriyyəsi olan “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyandır.
Halbuki, Azərbaycan terrorizmlə mübarizədə səmimi olan güclər üçün vicdanlı və etibarlı tərəfdaşdır.
Solovyov və əmrlərinə müntəzir olan dairələr isə:
- Azərbaycanın terrorizmlə mübarizədəki reputasiyasını zədələmək üçün qara piar aparır,
- Azərbaycanla Rusiya arasındakı müttəfiqlik münasibətlərinə, o cümlədən iki ölkənin təhlükəsizlik sahəsindəki əməkdaşlıq ruhuna xələl gətirmək istəyirlər.
Onlara narahatlıq verən bir xüsusiyyət də var.
Belə ki:
- Azərbaycan Prezidenti İlham Əliyev terror aktı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə zəng etdi,
- Liderlər telefon danışığında terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğuladılar.
Liderlərin müzakirələrindəki əsas məğz, ən azından, üç istiqamət üzrə aktuallığı qeyd edir.
Birincisi, praktiki olaraq Azərbaycanla Rusiya terrorizmlə mübarizədə eyni tərəfdə olduqlarını göstərirlər.
İkincisi, Əliyevlə Putin regionda terroru məğlub etmək əzmində olduqlarını nümayiş etdirirlər.
Üçüncüsü, regionda terror ideologiyasını təşviq edən istənilən mənşə qüvvələrə qarşı müştərək hərəkətlər vacibdir.
Ancaq Rusiyada hələ də Azərbaycanla tərəfdaşlıq münasibətlərindəki ipləri qırıb Bakını hədəfə gətirmək və bununla regionda anti-Azərbaycan isterikasını körükləmək istəyən qüvvələr fəaliyyətdədirlər.
Moskva isə Bakı ilə regional gündəlikdəki ortaq maraqları nəzərə alıb, həmin qüvvələri, heç olmasa, neytral mövqeyə keçirməlidir.
Bu, həm də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin yaratdığı öhdəlikdir.
Aqşin Kərimov























































