Xəbər Lenti
7-12-2025, 07:44
İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər
7-12-2025, 07:39
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
7-12-2025, 07:35
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
2024-cü ilin ilk rübündə neçə tibb müəssisəsində qanun pozuntusu aşkarlanıb? - RƏSMİ
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib.
Bu barədə Səhiyyə Nazirliyindən Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, bu yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib. Bu müddət ərzində bir özəl tibb müəssisəsinin - “Medicare Klinikası” MMC-də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.






















































