İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı
Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ
Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir.
Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarının riski daha az olub. Bu zaman işdəki gərginlikdən sonra orqanizm istirahət edir və hətta axşam metabolizminin xüsusiyyətlərinə görə yandırılan kalorilərin sayı da artır.
Alimlər bədənin hələ də səhər saatlarında orqanizmdəki proseslərin zəif getdiyini və fəaliyyət rejiminə keçmədiyini irəli sürürlər. Bunu tədricən etmək lazımdır, əks halda, xüsusilə də yüksək yüklənmə zamanı yalnız sağlamlığınıza zərər verə bilərsiniz. Məlumdur ki, yataqdan qalxan zaman insanın təzyiqi bir qədər yüksəlir. Əgər siz də qaçmağa və ya güc məşqləri etməyə başlasanız, ürək və qan damarları üçün nəticələrin riski artır.
Mənbə: Oxu.az