“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
11:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxış edir.
“Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan lideri “XV Petersberq İqlim Dialoqu”nun ikinci gününə Almaniya Kansleri Olaf Şolts ilə birgə qatılıb.
11:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edir.
Bu barədə “Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.
Əvvəlcə ailə fotosu çəkdirilib.
10:44
“15-ci Petersberq İqlim Dialoqu”nun ikinci günü başlayır.
“Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun tədbirdə çıxışı gözlənilir.
Xatırladaq ki, Azərbaycan lideri Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 25-də Almaniyaya işgüzar səfər edib. İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti Frank Valter-Ştaynmayer, Kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok ilə görüşü gözlənilir.