Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Xərçəng və artrit arasında əlaqə aşkarlanıb
Alimlər revmatoid artritin bir formasının genetik səbəblərini axtararkən bu xəstəliyə və qan xərçənginə xas olan mutasiyaları aşkar ediblər.
Revmatoid artritin seroneqativ alt növü daha çox yayılmış formalardan fərqlənir ki, onu adi qan testi ilə aşkar etmək mümkün deyil. Bu xəstəliyin səbəblərini axtaran alimlər aşkar ediblər ki, qan xərçəngi (miyelodisplaziya və kəskin miyeloid leykoz) olan bir çox xəstələr seroneqativ artritdən əziyyət çəkirlər.
Təhlillər göstərib ki, qan xərçəngi olan insanlarda tez-tez rast gəlinən IDH1 və IDH2 genlərindəki mutasiyalar da iltihaba səbəb ola bilər. Çox güman ki, artrit simptomlarının inkişafına səbəb olur.
Bu, onu göstərir ki, qan xərçəngi olan xəstələrə adətən təyin olunan dərmanlar da artritin müəyyən formaları üçün təsirli ola bilər.
Mənbə: Oxu.az























































