Menu
Xəbər Lenti
Bu gün imtahan var
Dün, 09:57

Bu gün imtahan var

Prezidentlər təltif olundu
31-07-2026, 10:05

Prezidentlər təltif olundu

“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

10 Ock 09:04Manşet / Gündəm / Siyasət

Arzu və Alena Əliyevalar sığınacaqda

arzu-ve-alena-eliyevalar-siginacaqda

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə qonaqlar uşaqların iştirakı ilə təşkil olunan kiçik bədii-musiqili çıxışları izləyiblər.

Sonra şöbənin fəaliyyəti ilə yaxından tanış olub, həkim, psixoloq, fəza oriyentasiyası otaqlarına baxış keçiriblər.

Ziyarət zamanı, həmçinin uşaqlar hazırladıqları əl işlərindən ibarət hədiyyələri qonaqlara təqdim ediblər. Sonra birlikdə xatirə şəkli çəkdirilib.