“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
QHT sədri Yasəmən Qəyyumlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Əlilliyi Olan Şəxslərin Peşə Əmək Reabilitasiya mərkəzində “AÇIQ QAPI” layihəsinə qoşulub
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Əlilliyi Olan Şəxslərin Peşə Əmək Reabilitasiya mərkəzində 28 May Müstəqillik gününə həsr olunmuş "Açıq qapı" layihəsinin icrasında iştirak edib.
Tədbirdə QHT rəhbərləri,reabilitasiya mərkəzində müalicə alan fiziki məhdudiyyətli şəxslər, valideynləri və reabilitasiya mərkəzinə yeni müraciət edən fiziki məhdudiyyətli şəxslər valideynləri ilə birlikdə iştirak edirlər. Reabilitasiya mərkəzinin rəhbəri Rahilə xanım hər kəsi salamlayaraq,tədbirin əsas məqsədindən, mərkəzdə göstərilən xidmətlərdən danışıb.
Daha sonra çıxış edən valideynlər reabilitasiya mərkəzinin rəhbərliyindən və bütün xidmətlərdən razı qaldıqlarını bildiriblər. Hər kəsi dinləyən QHT rəhbəri Yasəmən Qəyyumlu reabilitasiya mərkəzinin rəhbəri Rahilə xanıma və onun peşəkar işçilərinə, eyni zamanda uşaqlarını bu cür cəmiyyətə düzgün şəkildə adaptasiya edən valideynlərə öz təşəkkürünü bildirib. Valideynlərdən tək istəyi və xahişi bu olub "övladlarınızı cəmiyyətdən kənarda saxlamayın"!
Tədbirin sonunda istedadlı fiziki məhdudiyyətli uşaqların təşkil etdiyi bədii hissədə biri birindən maraqlı çıxışlar olub və xatirə şəkilləri çəkilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi