Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

03 May 06:34Manşet / Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB

 

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Nardaran QPS” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin üçüncü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 3 may 2024-cü il tarixində saat 10:00-dan qaz təchizatı dayandırılacaq. 

Qeyd edilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin üçüncü yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

20:56

Sabah Saatlı rayonunun beş kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.

Oxu.Az-ın məlumatına görə, “Qaz İxrac” İdarəsinə məxsus “Qaracalar QPS qolu” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək, ümumilikdə 1189 abonenti olan Saatlı rayonunun Qaracalar, Varxankənd, Qaralar, Gomuşçu və Seyidlər kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir” , - məlumatda bildirilib.