Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

28 May 12:30Manşet / Gündəm

Vətən və millət sevgisindən üstün-Dövlətçilik!

Vətən və millət sevgisindən üstün-Dövlətçilik!

Azərbaycan 20-ci əsrin tam yarısının Heydər Əliyevlə yaşadı və tanrının və tarixin nəhəngini-H.Əliyevin həyat və mübarizə yolundan yaranan müasir,müstəqil Azərbaycan-Vətən və millət sevdalı böyük liderin sönməz əsəri. Onun nəhəng siyasəti, müasir Azərbaycanın memarı,dünya niqyaslı ictimai-siyasi xadim olmasını Helmut Kol, Bill Minton, Barak Obama, ata-bala Gorc Buslar, Toni Bleyer, Vladimir Putin, hətta Mixail Qorbaçov, Boris Yeltsin dəfələrlə dilə gətirib etiraf etməkləri bir yana,şəxsən qəbul edib, qəbuluna gəliblər!
Azərbaycanın geosiyası durumu həddən ziyadə tektonikliyi ilə təhlükəlidir, coğrafi mövqeyi isə Azərbaycana qarşı dost və düşmən iddiaları daha da artırır! Belə bir həssas ölkədə ümumi demokratik rəhbərlik yarsnır, demokratiya bəzən daha zərərli olur, ölkənin müstəqilliyi demokratiya pərdəsi altında maraqlı qüvvələrin təsirinə keçə bilir(1920-ci ilin təslimiyyəti; 1993-cü ilin anarxiyası dediklərimizin təsdiqidir).
Bu baxımdan qətiyyətli rəhbər Azərbaycan üçün ən zəruri amil idi! Keçmiş SSR-i ölkələri arasında bir neçə ölkəni istisna etməklə, yeni rəhbər obrazı yox idi! İlkin səbəb isə hakimmiyyəti idarə edən nəfəsin çatmaması amili idi! SSR-i dağıldı. İndinin özündə də əyolətcə SSR-i həsrəti ilə yaşanırsa, bu xalqı, ölkəni qorumaq və müstəqilliyini saxlamaq çox böyük risklər bahasına mümkündür. Bu gün artıq Azərbaycan dünyanın bir çox nüfuzlu təşkilatları və süpergücləri tərəfindən etiraf olunursa tərəfdaş kimi, səmimi şəkil də boynumuza almalıyıq. H.Əliyevin Azərbaycanda tətbiq etdiyi idarəçilik metodu ən doğru variant idi!
9-ölkəyə və 9 ölkəylə işləyənlərin müxalifliyi qarşısında təkcə Azərbaycanda işləmək, üstəlik də həmin 9 ölkənin emissarlarını zərəsizləşdirmək, ələ almaq, onları sıradan çıxarmağı bacarmaq, eyni zaman da ölkənin iqtisadiyyatını gücləndirmək və nəzarətə götürmək, torpaqların işğalının qarşısını almaq, üstəlik də Azərbaycanı bu günkü rahatlıq, sülh, əmin amanlq şəraitində yaşatmaq tarixdə Heydər Əliyevin siyasətdə böyük yerini müəyyən edir! Dəfələrlə vurqulansada, yenə deyirəm Vətən və millət sevgisindən danışan heç birimiz H.Əliyev qədər Azərbaycanı sevmirik! O bir böyük nümunə idi! H.Əliyevin Azərbaycana sevgisi onun Azərbaycana sahibliyi ilə tamamlandı.Və, O, Azərbaycanı onun qədər sevə bilməyənlərin, sevməyənlərin heç birinin əlinə vermədi! H.Əliyevi ondan əvvəlki Azərbaycana rəhbərlik edənlərdən ötə, üstün edən çox incə bir məqam var: Onun millət və Vətən sevgisini, Ulu Öndər Heydər Əliyevin dövlətçilik təfəkkürü gücləndirirdi! Dünya üçün Azərbaycanı güclü görmək istəyən və buna nail olan Heydər Əliyevlə Azərbaycanın türk dünyasının güclüsü olmağını istəyən Məhəmməd Əmin Rəsulzadenin və Əbülfəz Elçibəyin bir fərqidə bu idi. H.Əliyev daha böyük meydanlarda fəth etməklə manevr və döyüş imkanlarını artırdığı halda, Məhəmməd Əminlə Elçibəy daha dar çərçivədə üstünlük tərəfdarıydılar! Hər ikisi zəif və kövrək addımlarını atan Azərbaycanı əldə etsələr də, əldə saxlaya bilmədilər! Amma Heydər Əliyev dağılmaqda və parçalanmaqda olan Azərbaycanın ələ gələnini xilas etdi. Və müstəqil Azərbaycanı gələcək nəsillərə miras qoydu! Fakt isə odur ki, O, sevdiyinə, çox sevdiyinə sahib olanlardan oldu! Biz bizə sahib çıxanları hər an, hər saniyə dəyərləndirməyi öyrənməliyik!
Son: Yetər ki, baxış bucağımızı düzgün müəyyənləşdirək!
Bu, nəhəng və ölməz siyasətçinin yaşadığımız tarixdə xalq tərəfindən düzgün qiymətləndirilməsi, onun - Heydər Əliyevin öz statusunda şərəfləndirilməsi milli-mənəvi dəyərlərin bolumləşməsi yönündə ən doğru addımdı! Kimlərsə istəməsə də tarix Ona layiq olanları yaşadır və yaşadacaq!
Fikrimizi Çingiz Xanın çox sevdiyimiz bir fikri ilə tamamlayırıq: Vaxt gələcək bu millətin görəv sahibləri ən gözəl qadınların pənbə yanaqlarından öpəcək, ən gözəl atları minəcək, ən hörmətli yerlərə sahib olacaq,ən yaxşı ətləri yeyəcək…Amma bunları kimə borclu olduqlarını unutmasınlar…
Fateh millətin adını o şərəfli mövqeyində saxlayanları, onsuz da, yenə təkrar edirik tarix yaşadır, xalq unutmasın..
Biz güclənə-güclənə gedirik, borclu olduğlarımızın sayəsində... Unutmayaq!

PS: O, Azərbaycanını “El bilir ki, sən mənimsən, yurdum-yuvam məskənimsən. Anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan! Azərbaycan!” deyəcək qədər sevdi. Kövrələrək söylədiyi kəlmələr bir müdrik insanın “Vətəni belə sevərlər” böyük nümunəsi idi. Vətən sevdalı tarixi şəxsiyyət, nə yaxşı Sizi Tanrı Azərbaycana bəxş etdi. Siz bizim böyük mükafatımızsınız. Biz Sizdən öyrəndik bu sevgini. Vətənin azad olması üçün canlarından keçən igidlərimiz bu nümunəyə sığındılar. Vətəni belə sevərdilər, eynən Siz sevən kimi...
Ruhunuz şad olsun Azərbaycan müstəqilliyinin yaradıcısı!
Ruhunuz şad olsun bizim qəhrəmanlarımız!
Ruhunuz şad olsun Heydər Əliyev nümunəsini özünə həyat kredosu seçən Vətənin ləyaqətli vətəndaşları, onlardan biri, el ağsaqqalı Ağamirzə Əhədov.
Əgər yaşasaydı bir ənənə olaraq Azərbaycana, vətənə, torpağa, xalqa, millətə aid olan bütün tənətənələrdə öndə gedərdi. Elə sevinərdi, etdiklərindən həzz alardı. O, Heydər Əliyevi xüsusi bir məhəbbətlə sevərdi. Bu sevgi Allahın onun qəlbinə saldığı xüsusi eşq idi. Çünki, onun özü də eynən bu cür sevgi və məhəbbətlə, qayğı ilə yanaşırdı. Vətəninə, xalqına, millətinə, millətinin övladlarına, xüsusi bir məsuliyyət və narahatçılıq hissi var idi onda – Ağamirzə müəllimdə. Təəssübkeş, qayğıkeş, mərhəmətli, səxavətli, vətənsevər, millətsevər, ən ümdəsi Allahsevər, Allahın dostu Ağamirzə Əhədov. Bu gün həm də Sizin gününüzdür. Çünki, bu haqqı qazanmısınız. Siz dövlətin bütün tədbirlərində sevinənlər sırasında idiz, ən fəallardan idiz.
Ruhunuz şad olsun!

Salam Ağamirzə müəllim, Salam mərd Kişi!

Salam torpaq kişi, Salam yurd Kişi!

Təpədən dırnağa ağrı, dərd Kişi,

Təpədən dırnağa Vətəndaş Kişi!


Ən geniş yazı, millət vəkili, akademik Nizami Cəfərovun məsləhətçiliyi ilə ərsəyə gələcək layihədə “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində, el ağsaqqalı, Azərbaycanın ləyaqətli vətəndaşı, Allahın və insanlığın dostu Ağamirzə Əhədovun əziz xatirəsinə həsr olunan “Sumqayıtda bir ağsaqqal var idi” publisistik prozasında...

Dərin hörmətlə,

Hürü Hacızadə
Yazıçı-publisist

Fərid Faiqoğlu
AJB-nin üzvü