Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
13 Ara 02:44Siyasət
Müasir Azərbaycanın yüksəlişinin təməli Ulu Öndər tərəfindən qoyulub
Azərbaycanın Belarusdakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Belarusda yaşayan azərbaycanlılar, diaspor üzvləri, Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, geniş dünyagörüşü, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.
“Ulu Öndər Heydər Əliyev xalqımızın müstəqil dövlət yaratmaq arzusunu reallığa çevirdi, öz xalqını müstəqillik zirvəsinə qaldırdı və bu zirvədə xalqı ilə birlikdə mübarizə apardı”, - deyə səfir əlavə edib.
Ü.Baxşəliyev vurğulayıb ki, bu gün Azərbaycan Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi tariximizə qızıl hərflərlə yazılıb.
Tədbirdə çıxış edən digər natiqlər qeyd ediblər ki, müasir Azərbaycanın yüksəlişinin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan səmərəli islahatlar Heydər Əliyev vəsiyyətlərinin uğurla yerinə yetirilməsinin təntənəsidir.
Sonda Ulu Öndərin azərbaycançılıq ideologiyasından, xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqətindən bəhs edən “Heydər Əliyev-dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib.