Dispetçer: Qroznı səmasında “Xalça” rejimi AZAL-ın təyyarəsinə atəş açılandan sonra tətbiq edilib
Politoloq Ramazan Bağırov "jurnalist"-ə dərs verdi. Quru sərhədlərin bağlı qalması bir təhlükədir
Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlıq haqqında memorandum imzalayıb
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə AR ETN Botanika İnstitutu, eyni zamanda AR ETN Genetik Ehtiyatlar İnstitutu arasında təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlıq üzrə memorandumlar imzalanıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutan imzalanma mərasimində memorandumları ADPU-nun rektoru, professor Cəfər Cəfərov Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və həmçinin Genetik Ehtiyatlar institutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərovla qarşılıqlı imzalayıblar.
Sənədə əsasən tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, kadr hazırlığı sahəsində birgə əməkdaşlıq, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Mərasimdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov ADPU-nun Botanika İnstitutu və Genetik Ehtiyatlar İnstitutu ilə əməkdaşlıq memorandumunun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib. İnstitutlarla birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması, elmi kadrların hazırlanması, müasir tələblərə cavab verən dərsliklərin yazılması, elmi konfransların keçirilməsi və digər məsələlər üzrə gələcək əməkdaşlığın zəruriliyini vurğulayıb.
Professor S.İbadullayeva çıxışı zamanı Botanika İnstitutnun elmi-tədqiqat istiqamətləri, beynəlxalq layihələri, mövcud maddi-texniki bazası və kadr potensialı haqqında ətraflı məlumat verərək təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb. Professor iki qurum arasında imzalanan memorandumun əhəmiyyətini önə çəkərək bildirib ki, əsas məqsəd elm və təhsilin inteqrasiyasını inkişaf etdirmək, o cümlədən birgə layihələrdə və ekspedisiyalarda tələbələrin iştirakını təmin etməklə botanika elminin inkişafına dəstək verməkdir.
Tədbirdə Kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva, dekan müavini b.ü.f.d, dosent Bəsti Əsədova, .......... Botanika İnstituytunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhsəti Qurbanova iştirak ediblər.