Menu
Xəbər Lenti
04 Nis 13:10Manşet / Gündəm

Botanika İnstitutunun əməkdaşı “İlin gənc alimi” diplomuna layiq görülüb

Botanika İnstitutunun əməkdaşı “İlin gənc alimi” diplomuna layiq görülüb

Elm Günü ərəfəsində Botanika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Nigar Mürsəl qızı Azərbaycan Milli Elmlər Akademiyasının “İlin gənc alimi” diplomu ilə təltif olunub.
N.Mürsəl qızı bu diploma gənc alimlər arasında elmi fəaliyyət sahəsində fərqləndiyinə görə layiq görülüb.
Qeyd edək ki, Botanika İnstitutunun elmi katibi, b.ü.f.d. Nigar Mürsəl qızı 2017-2021-ci illərdə Botanika İnstitutunda dissertantura təhsil almiş və uğurla müdafiə edərək gənc alim adını almışdır. O, bir sıra yerli və beynəlxalq təlim kurslarında (Almaniya, Böyük Britaniya), konfranslarda iştirak etmiş, sertifikatlara layiq görülmüşdür. Apardığı elmi tədqiqatların nəticələri üzrə 46 elmi əsəri yerli və beynəlxalq bazalarda (Web of Science, Scopus, РИНЦ) referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilmişdir. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın 3-cü nəşrinin (2023-cü il) tərtibçilərindən biridir. Hazırda institutun elmlər doktoru hazırlığı üzrə dissertantura pilləsində təhsil alır və “Azərbaycan florasının endemik bitkilərinin müasir taksonomik təhlili və mühafizəsi” mövzusu üzərində tədqiqatlar aparır.
Botanika İnstitutunun əməkdaşı “İlin gənc alimi” diplomuna layiq görülüb