Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib
2022-ci ilin 4 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə edən universitetin üç əməkdaşı – Rövşən Babayev, Liliya Süleymanova və Səadət Ağakişiyeva ilə görüşüb.
Cari ilin iyun ayında müxtəlif elm sahələri üzrə universitetin üç əməkdaşının fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov bu münasibətlə onları təbrik edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Universitetdə elmi dərəcəli kadrların sayının artmasından məmnunluğunu bildirən rektor bu müsbət dinamikanın MDU-nun elmi potensialının güclənməsi baxımından önəmli olduğunu diqqətə çatdırıb
Vətən müharibəsi iştirakçısı Rövşən Babayevin dissertasiya müdafiəsində şəxsən iştirak etdiyini vurğulayan Ş.Bayramov hər üç əməkdaşın universitetdə elmi fəaliyyətin inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.
Göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən görüş iştirakçıları MDU-nun müasirləşməsi, elmi və akademik potensialının inkişafı ilə bağlı üzərilərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da gənc əməkdaşların yüksəkixtisaslı elmi kadr kimi yetişmələri üçün müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.






















































