Xəbər Lenti
13-05-2026, 16:14
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
11-05-2026, 15:33
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
10-05-2026, 17:09
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
10-05-2026, 16:06
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
10-05-2026, 09:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq Qapı” Günü keçirilib
2022-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb.
Cari imtahan sessiyasında bakalavriat və magistratura səviyyələri üzrə təhsilalanların müvəffəqiyyət göstəricilərindən məmnunluğunu ifadə edən rektor yaz imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsində əməyi olan MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.
İyunun 28-də MDU-da keçirilmiş Məzun Günündən bəhs edən Ş.Bayramov tədbirdə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin iştirakının universitet həyatında əlamətdar və yaddaqalan hadisə olduğunu bildirib və məzunları bir daha təbrik edərək gələcək həyatlarında onlara uğurlar arzulayıb.
Sonra tələbə və magistrantların müraciətləri dinlənilib, sual və təkliflərinə münasibət bildirilib. Səmimi ortamda keçən görüşdə universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə edilib.
Qeyd edək ki, cari imtahan sessiyası çərçivəsində “Açıq qapı” günlərinin iyulun 5-dək hər həftə təşkil olunması nəzərdə tutulub.





















































