Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
Acun bütün planları pozdu

Xəbər verdiyimiz kimi, portuqaliyalı məşhur mütəxəssis Joze Mourinyo bundan sonra “Fənərbaxça” klubunu çalışdıracaq.
“Qafqazinfo”nun məlumatına görə, Mourinyonun İstanbul təmsilçisinin “sükanı arxasına” keçməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.
Paylaşılan fotoda Acun Ilıcalının da yer alması müzakirələrə səbəb olub.
Məsələ burasındadır ki, Mourinyonun İstanbul təmsilçisinə keçməsində onun da böyük rolu olduğu bildirilir.
İş burasındadır ki, yenidən “Fənərbaxça” prezidenti olmaq üçün namizədliyini açıqlayan Aziz Yıldırım da seçiləcəyi təqdirdə məhz Mourinyonu “Fənərbaxça”ya gətirəcəyini bildirmişdi.
Amma rəhbər vəzifədə qalmağı hədəfləyən Ali Koç Acunun da dəstəyi ilə əsas rəqibinin bir nömrəli planını pozmuş oldu.
Görünən odur ki, Aziz Yıldırım yenidən prezident seçilmək üçün daha fərqli iddia ilə çıxış etməlidir.
Qocaman futbol funksionerinin hansı addım atacağını isə zaman göstərəcək.





















































