Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

05 Haz 09:18Manşet / Dünya

Rusiya Ukraynadakı fransız hərbi təlimçiləri “qanuni hədəf” hesab edir

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Kiyevin Ukrayna qoşunlara dəstək verməsi üçün Fransadan təlimçilərin gəlməsinə icazə verməsinə reaksiya bildirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Lavrov Konqo xarici işlər naziri Jan Klod Qakosso ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynadakı fransız hərbi təlimatçıların “qanuni hədəf” olacağını deyib.

“Fransız təlimatçılara gəlincə, düşünürəm ki, onlar artıq Ukrayna ərazisindədirlər. Statusundan asılı olmayaraq, hərbi məmurlar və ya muzdlular silahlı qüvvələrimiz üçün qanuni hədəfdir”, - xarici işlər naziri vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov da eyni fikirləri bölüşüb: “Kiyev rejiminin qoşunlarına təlim keçən təlimatçıların heç bir toxunulmazlığı yoxdur və onların fransız olub-olmamasının heç bir əhəmiyyəti yoxdur”.

Fransa Prezidenti Emmanuel Makronun Ofisi Lavrov və Peskovun sözlərini şərh etməyəcəyini bildirib.