Menu
Xəbər Lenti
Bəzi yerlərə leysan yağır
16-10-2024, 07:56

Bəzi yerlərə leysan yağır

İspaniya pley-offda!
16-10-2024, 07:29

İspaniya pley-offda!

Tıxac olan yollar - Siyahı
15-10-2024, 07:43

Tıxac olan yollar - Siyahı

Bu ərazilərdə qaz olmayacaq
14-10-2024, 07:37

Bu ərazilərdə qaz olmayacaq

58 yaşlı qadın toyda öldü
13-10-2024, 09:35

58 yaşlı qadın toyda öldü

06 Haz 15:40Manşet / Siyasət

Zakir Həsənovun yubileyidir

zakir-hesenovun-yubileyidir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, bu gün nazirin 65 yaşı tamam olur.

Ömrünün böyük hissəsini Azərbaycan ordusuna xidmətə həsr edən general 1959-cu ildə Astara rayonunda anadan olub. Əvvəllər hərbi sahədə bir sıra vəzifələrdə işləyən Zakir Həsənov 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib. 

Sözsüz ki, generalın ən böyük uğuru qalib ordunun naziri kimi yadda qalması oldu. Məhz Zakir Həsənovun dövründə 44 günlük Vətən Müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı.

Müharibədən sonra dövlət başçısının sərəncamları ilə general-polkovnik Zakir Həsənov “Zəfər” ordeni, bir müddət sonra isə “Qarabağ” ordeni ilə təltif edilib.

Ümumilikdə isə Zakir Həsənov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı və digər orden-medallarla mükafatlandırılıb.