Menu
Xəbər Lenti
Zakir Qaralova ağır itki
16-12-2025, 07:03

Zakir Qaralova ağır itki

Beyaz ekranlara qayıdır
16-12-2025, 05:01

Beyaz ekranlara qayıdır

Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

10 Haz 09:17Manşet / Gündəm

Gürcüstanla Azərbaycan arasında yeni keçid məntəqəsi yaradılır

Gürcüstan və Azərbaycan arasında yeni gömrük keçid məntəqəsi yaradılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib.

Məlumata görə, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - deyə məlumatda bildirilir.