Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
Regionlarda Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən genişmiqyaslı fəaliyyətlər təşkil olunub. Bu fəaliyyətlər gənclərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması və cəmiyyətə faydalı fərdlər kimi formalaşmalarına töhfə vermək məqsədini daşıyır.
Gənclər Ulu Öndər Heydər Əliyevin şəhər və rayon mərkəzlərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Mərkəzlərinə ekskursiya təşkil olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub, ölkəmizin inkişafına verdiyi töhfələri haqqında daha dərindən məlumatlandırılıblar.
Tarixçilərin və rayon rəsmilərinin iştirakı ilə keçirilən dəyirmi masa, görüşlərdə əlamətdar günün tarixi əhəmiyyəti diqqətə çatdırılıb və “Xalqın adamı” sənədli filmi nümayiş etdirilib.
Fəaliyyətlərin davamı olaraq “Nə? Harada? Nə zaman?” formatında “Qurtuluş kuboku” adlı intellektual yarış keçirilib və qalib komandalar mükafatlandırılıb.
Keçirilən tədbirlər gənclərin tariximizi dərindən öyrənmələrinə, milli birlik və müstəqilliyimizin dəyərini daha yaxşı anlamalarına xidmət edir.



























































