Menu
Xəbər Lenti
Liderlər Füzulidədir
17-07-2025, 09:22

Liderlər Füzulidədir

Neftimiz ucuzlaşdı
17-07-2025, 08:46

Neftimiz ucuzlaşdı

Pınar Kür vəfat etdi
16-07-2025, 09:59

Pınar Kür vəfat etdi

Bu yollarda sıxlıq var
15-07-2025, 09:59

Bu yollarda sıxlıq var

Sessiya başa çatdı
14-07-2025, 11:22

Sessiya başa çatdı

06 Tem 09:44Manşet / Gündəm

“Orada da olacaq...” demişdi - Sözünü yenə tutdu!

 

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, Xankəndidə “Qarabağ” hotelinin açılışı 3 il əvvəl Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla olan maraqlı dialoqunu yenidən gündəmə gətirib.

Belə ki, 2021-ci ilin iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şuşaya səfər ediblər. Səfər zamanı dövlət başçıları Şuşanın ətraf ərazilərini seyr ediblər. Həmin an liderlər arasında maraqlı dialoq yaşanıb:

İlham Əliyev: O yer ki var, bax o iki dağın arası... Ora da Xankəndi şəhəridir.

Rəcəb Tayyib Ərdoğan: Hotel oradadır?

İlham Əliyev: (Gülərək) Orada da olacaq!

Həmin görüntüləri təqdim edirik: