Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

15 Tem 09:15Manşet / Gündəm

Aİ-95 markalı benzin ucuzlaşdı

 

Bu gündən etibarən "Avro-5" keyfiyyət göstəricilərinə uyğun olaraq istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiyməti 40 qəpik azalaraq 1.60 manat olub.
Qaynarinfo xəbər verir ki, bu barədə SOCAR tərəfindən məlumat yayılıb.
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda "Avro-5" standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılıb.
Bildirilib ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları "Avro-5" standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanıb.
Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq "Avro-5" standartlarına çatdırılıb.
Bununla da, 2014-cü ildən hazırkı vaxtadək xaricdən idxal etdiyimiz Aİ-95 markalı avtomobil benzini bu gündən daxili istehsal hesabına təmin edilərək satılacaq.