Xəbər Lenti
31-01-2026, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
31-01-2026, 09:27
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
30-01-2026, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
30-01-2026, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
30-01-2026, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
30-01-2026, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
30-01-2026, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Binəqədidə yol problemi nə vaxt həll ediləcək? (VİDEO)

Bakının Binqədi rayonu, Binəqədi qəsəbəsinin sakinləri illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər.
Binəqədi qəsəbəsinin sakinləri bildirirlər ki, havalar isinəndə tozdan, payızda isə yağış sularından və palçıqdan küçədə hərəkət etmək olmur.
Qəsəbə sakinləri iddia edirlər ki, 2013-ci ildən bu yana üz tutmadıqları qurum qalmayıb.
Sakinlər deyirlər ki, dəfələrlə öz vəsaitləri hesabına yaşadıqları əraziyə çınqıl döşəyiblər. Amma bu da problemi tam həll etmir.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, Mikayıl Əkbərov küçəsinin əsaslı təmiri asfaltlanmasına ehtiyac duyulan qəsəbədaxili yollar siyahısındadır. Rayon icra hakimiyyətinin tərtib etdiyi qrafikə uyğun olaraq mərhələli şəkildə həmin küçəyə də asfalt örtüyü döşənəcək.























































