“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Azərbaycan Ermənistanı COP29-a dəvət etdi
Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib.
"Report" "The National"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə deyib.
H.Hacıyev bildirib ki, İrəvana rəsmi dəvət göndərilib:
"Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”.
O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir.
Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar "Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”.
"İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - H.Hacıyev vurğulayıb.