Menu
Xəbər Lenti
NADİR MƏMMƏDLİ - 65
Bugün, 09:19

NADİR MƏMMƏDLİ - 65

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

Bu rayonlarda su kəsiləcək
16-09-2024, 07:25

Bu rayonlarda su kəsiləcək

Travma Və Bədən
15-09-2024, 19:19

Travma Və Bədən

Özünə Güvən
15-09-2024, 18:14

Özünə Güvən

Sevindik və Qızbəs haqda...
15-09-2024, 12:22

Sevindik və Qızbəs haqda...

Tiflis, Gəncə və Bakı...
15-09-2024, 12:14

Tiflis, Gəncə və Bakı...

30 Tem 19:19Manşet / Gündəm

Bakı İsraillə Türkiyə arasında barışdırıcı rol oynaya bilərmi?

"Buna ehtiyac yoxdur. Bu tipli çağırışlar olsa da, hesab edirəm ki, Türkiyə ilə İsrail arasında münasibətlər kifayət qədər nəzarət altındadır". 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev İsraillə Türkiyə arasında son günlər yenidən gərginləşən münasibətlər fonunda onları barışdırmaq üçün Bakının oynaya biləcəyi vasitəçilik missiyasını şərh edərkən deyib.
"Tərəflər əməkdaşlıq edir. Bu mənada Ankara ilə Tel-Əviv arasında problem olduğunu düşünmürəm. İsrail Türkiyənin regionda lider rolunu oynamasında maraqlıdır. Ərdoğan da əslində bu fikirlərilə Türkiyənin regionda xüsusi rola malik olduğunun çəkisini qeyd etmək istəyir", deyə Mehman Əliyev bildirib.
 
Ekspertin fikrincə, Türkiyə ilə İsrail arasında münasibətlər kəskinləşməyəcək:
"Hətta İranın xarici siyasətində də dəyişikliklərin olacağını gözləməliyik. Belədə regionda müəyyən proses başlayacaq. Bu prosesdə hamı tərəfindən qəbul olunmaq üçün də Türkiyə belə radikal mövqe tutur. Ərdoğanın açıqlaması da məhz buna hesablanıb. Burada Ankaranın həmin prosesdə qarant rolunu oynamasından söhbət gedir". 
Qeyd edək ki, son günlər Türkiyə ilə İsrail arasında gərginlik yenidən artıb. Tərəflər bir-birinə qarşı kəskin ifadələr işlətməkdən belə çəkinmirlər. Görünən odur ki, Qəzza bölgəsində əməliyyatlar davam edəcəyi təqdirdə, Ankara ilə Tel-Əviv arasında gərgin atmosfer də səngiməyəcək. 
Digər tərəfdən, Azərbaycan həm İsrail, həm də Türkiyə ilə müttəfiq münasibətlərindədir. Hər iki ölkə ilə əlaqələrimiz bütün sahələr üzrə inkişaf edir. Bu mənada bir çox ekspertlərin fikrincə, Azərbaycan Ankara ilə Tel-Əviv arasında vasitəçi rolunda hər iki tərəfi qane edəcək olduqca cəlbedici ölkədir. 
Rüfət Sultan