Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Daha bir insan beyninə çip yerləşdirildi
Amerikalı milyarder İlon Maskın “Neuralink“ şirkəti ikinci dəfə insan beyninə çip yerləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu məlumatı Mask yutubda bloqer Leks Fridmana müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, implantasiya proseduru uğurla keçib: “Pasiyentin beynində 400 elektrod var və hamısı çox yaxşı işləyir”.
Xatırladaq ki, “Neuralink” şirkəti tərəfindən insan beyninə kompüter çipi ilk dəfə bu ilin yanvarın 28-i yerləşdirilib. “Telepathy” adı verilən çip insanlara düşüncələrinin gücü ilə elektron cihazları idarə etmək imkanı yaradır.
Beyninə çip yerləşdirilən ilk insan 29 yaşlı Nolan Arbo təqribən 8 il əvvəl bədbəxt hadisə nəticəsində iflic olub. O, boynundan aşağı heç bir bədən üzvünü hiss etmir.