Menu
Xəbər Lenti
Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

08 Ağu 10:46Manşet / Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında Arif Məlikovun mahnılarından ibarət konsert keçiriləcək

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 13 sentyabr saat 19:00-da Xalq artisti, dünyaşöhrətli  bəstəkar Arif Məlikovun xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən mahnılarından ibarət konsert proqramı keçiriləcək. 

Filarmoniyanın Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və Estrada Ansamblının müşayiəti ilə baş tutacaq konsert proqramında filarmoniyanın solistləri bəstəkarın “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, "Günəş ürəkli” və digər unudulmaz mahnılarını ifa edəcəklər.

Həmçinin gecədə tanınmış pianoçu Ülviyyə Kazımova Arif Məlikovun əsərlərindən "Ötən anlar" silsiləsi və 3 valsla çıxış edəcək.  

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassasından və iticket.az saytından əldə etmək mümkündür.