Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Daha 3 diplomatımız deputat olmaq istəyir - Siyahı
Məlum olduğu kimi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olub.
“Qafqazinfo” “Modern.az”a istinadən xəbər verir ki, daha 3 diplomatımız da namizəd kimi iştirak edir.
Onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.
Qeyd edək ki, Q.Məmmədov 4 sentyabr 1979-cu ildə anadan olub. 1999-cu ildən Azərbaycanın diplomatik xidmətində fəaliyyət göstərir.
O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycanın Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Deputat olmaq istəyən digər bir diplomatımız isə Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyevdir. O, 49 saylı Abşerom ikinci seçki dairəsindən namizəd olub.
1975-ci ildə andan olan Rizvan Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da seçki yarışına qoşulub. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən namizəd olub.
Qeyd edək ki, Zaur Şükürov 10 dekabr 1971-ci ildə anadan olub.























































