Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

17 Ağu 10:19Manşet / Siyasət

Prezidentdən təbrik

 

Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubun mətnində deyilir:

“Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra istiqamətlər üzrə əməkdaşlığımız üçün əlverişli imkanlar açmışdır. “ASAN xidmət” modelinin ölkənizdə uğurla tətbiqi və bu sahədə fəal əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq
Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə birgə fəaliyyətimiz, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.