“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“İndi aydın olur ki, teleqramın sahibi Bakıda niyə Putinlə görüşmək istəyirmiş”
“Teleqramın təsisçisi Durovun həbsi xüsusi xidmət və kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina etməsinin nəticəsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva bildirib.
Y. Hacıyevanın sözlərinə görə, Pavel Durov saxlanılmasından öncə Fransa kəşfiyyat xidmətləri ilə əməkdaşlıq təklifindən imtina etmişdi:
“Durov həbsindən öncə dəfələrlə müxtəlif ölkələrin kəşfiyyat xidmətlərindən təsisçisi olduğu sosial platformada izləmə tətbiqi haqqında təkliflər aldığını bildirmişdi. Durov isə onlarla işləməkdən imtina etdiyini, həmçinin teleqramda izlənməsinə qarşı olduğunu bildirdi.
Onun həbsinin səbəblərini də burda axtarmaq lazımdır, nəyi ki, öz xoşu ilə etməmişdi, indi həbsdə ona çox asanlıqla etdirəcəklər…
İndi aydın olur ki, Bakıya səfəri zamanı Putinlə görüşmək təşəbbüsləri nədən irəli gəlirmiş, amma Putinin ətrafındakı məmurlar bu görüşü önlədi.
Bir ölkənin başına gələ biləcək ən pis hadisə, daxili qruplar arası mübarizədə öz mövqeyini möhkəmlətmək üçün dövlətin mövqeyini zəiflədən məmurların rəhbərə yaxın olmasıdır.
Rusiya Durovu belə müdafiəsiz buraxmağın ziyanını çox çəkəcək…”