Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

26 Ağu 09:30Manşet / Gündəm

Nəsiman Yaqublunun ölümü Rəsulzadəni ağladıb...

 

Xəbər verdiyimiz kimi, avqustun 25-də tarixçi professor, Müsavat Partiyasının deputatlığa namizədi Nəsiman Yaqublu yol qəzası nəticəsində həyatını itirib.

Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mahir araşdırmaçısı idi. AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmaların müəllifi kimi tanınan Nəsiman Yaqublu Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə yaxın münasibətdə olub. 

“Qafqazinfo” xəbər verir ki, Modern.az Nəsiman Yaqublunun ölümü barədə Rais Rəsulzadə ilə əlaqə saxlayıb.

Rais Rəsulzadə bu acı xəbəri eşidən kimi “Nə danışırsan, o mənim canım-ciyərim idi”, - deyərək göz yaşlarını saxlaya bilməyib.

N. Yaqublunun ölüm xəbərindən sarsılan Rəsulzadə sözlərinə davam edə bilməyib.

Xatırladaq ki, professorun ölümünə səbəb olan qəza ötən gün saat 19:00 radələrində Cəbrayıl rayonu ərazisində baş verib.