“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
MEK “Məhəmməd Əmin Rəsulzadə - 140” adlı virtual sərgini təqdim edir
31 yanvar publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Məhəmməd Əmin Rəsulzadə - 140” adlı virtual sərgi (https://heyzine.com/flip-book/293acdc582.html) hazırlanıb.
Bu barədə Mərkəzi Elmi Kitabxana məlumat yayıb.
Bildirilib ki, sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu “Çağımızın Siyavuşu”, “Qafqaz türkləri” (Azərbaycan və türk dillərində), “Çağdaş Azərbaycan tarixi”, “Milli birlik”, “Məktublar. Şəfibəyçilik”, “Azərbaycan şairi Nizami”, “Panturanizm. Qafqaz sorunu”, həmçinin “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında”, “Cümhuriyyət qurucuları”, “M.Ə.Rəsulzadənin Türkiyədəki həyatı, fəaliyyəti ve düşüncələri”, “Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə”, “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə”, “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, “Almaniyada Cümhuriyyət arzusu” kitabları, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövlət qərarları”, Böyük Britaniyanın arxiv sənədləri əsasında hazırlanmış “Азербайджанская Демократическая Республика”, “А.М. Топчубаши и М.Э. Расулзаде переписка 1923-1926” kimi sənədlər və digərləri yer alıb.
Qeyd edək ki, virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub.