“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Ramil xahiş etdi, topu ona verdim” - Emin Mahmudov
“Ramil məndən xahiş etdi, topu ona verdim”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millimizin kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının ilk turunda İsveçə 1:3 hesabla məğlub olduqları oyundan sonra verdiyi açıqlamada deyib.
O, dünən matçda penaltini vurmamağının səbəbini açıqlayıb: “Daha əvvəl Ramil də penalti vurub. O epizodda isə xahiş etdi, mən də topu ona verdim, problem yoxdur. İsveçlə Bakıda keçirilən əvvəlki matçda erkən qollar vurmuşduq. Ona görə də rahat oynamışdıq. Bu dəfə isə qol epizodlarımızı dəyərləndirə bilmədik. Rəqibin gücü məlumdur. İsveç millisinin heyətində yüksəksəviyyəli futbolçular var. Biz isə qol vura bilməyəndə çətinliklə üzləşirik. Rəqibin təzyiqindən çıxa bilmədik”.
Xatırladaq ki, matçın 45+7-ci dəqiqəsində hakim qonaqların qapısına penalti təyin edib. Lakin topa yaxınlaşan Ramil Şeydayev ələ düşən şansı qola çevirə bilməyib.