Menu
Xəbər Lenti
Bakıda ev yanıb
Bugün, 09:30

Bakıda ev yanıb

“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

06 Ara 02:59İdman

Braziliya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsində Koreya Respublikası yığmasını məğlub edən Braziliya seçməsi növbəti mərhələyə adlayıb.

AZƏRTAC xəbər verir ki, “Stadium 974”də oynanılan matçda hesabı 7-ci dəqiqədə braziliyalı futbolçu Vinisius Junior açıb. Altı dəqiqə sonra Neymar Koreya Respublikasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. Braziliya millisinin üzvü Rişarlison 29-cu dəqiqədə üçüncü topu rəqib qapısına vurub. Qarşılaşmanın 36-cı dəqiqəsində Lukas Paketa fərqlənməklə koreyalı futbolçuları meydanın mərkəzinə dəvət edib. Cənubi Amerika təmsilçisi fasiləyə 4:0 hesablı üstünlüklə yollanıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə Koreya Respublikası millisi təsəlli qolunu vurmağa müvəffəq olub. Belə ki, matçın 76-cı dəqiqəsində Payk Senq Ho adını tabloya yazdırıb. Bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, görüş Braziliya millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb və komanda dörddəbir finalda Xorvatiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, dörddəbir final mərhələsində Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin