Menu
Xəbər Lenti
“Azeri Light” bahalaşdı
18-07-2025, 09:19

“Azeri Light” bahalaşdı

Liderlər Füzulidədir
17-07-2025, 09:22

Liderlər Füzulidədir

Neftimiz ucuzlaşdı
17-07-2025, 08:46

Neftimiz ucuzlaşdı

Pınar Kür vəfat etdi
16-07-2025, 09:59

Pınar Kür vəfat etdi

Bu yollarda sıxlıq var
15-07-2025, 09:59

Bu yollarda sıxlıq var

06 Eyl 10:19Manşet / Kriminal

Salyan postunda insident - 2 nəfər saxlanıldı

 

Baş DYP İdarəsinin Salyanda yerləşən stasionar postunda “KİA” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.

“Qafqazinfo” idarəyə istinadən xəbər verir ki, sürücüdən sənədlər istənildikdə o, avtomobildən düşərək qaçmağa çalışıb. Lakin YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Orxan Allahverdiyev olması və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşməsi müəyyən edilib.

Faktın araşdırılması zamanı polisin qanuni fəaliyyətinə müdaxilə etməyə cəhd edən O.Allahverdiyevin valideyni övladının hüquqazidd əməllərinə haqq qazandırmağa çalışıb, DYP əməkdaşlarına hədə-qorxu gələrək, müqavimət göstərib.

Hər iki şəxs saxlanılaraq ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.