Menu
Xəbər Lenti
Travma Və Bədən
Dün, 19:19

Travma Və Bədən

Özünə Güvən
Dün, 18:14

Özünə Güvən

Əməkdar artist VƏFAT ETDİ
14-09-2024, 09:24

Əməkdar artist VƏFAT ETDİ

TƏBRİK EDİRİK!!!
12-09-2024, 10:37

TƏBRİK EDİRİK!!!

Nikolay Svanidze vəfat etdi
12-09-2024, 09:39

Nikolay Svanidze vəfat etdi

07 Eyl 09:59Manşet / Cəmiyyət

Bu yollarda hərəkət istiqaməti dəyişdirilir

bu-yollarda-hereket-istiqameti-deyisdirilir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 7 sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BDYPİ və AYNA-nın yaydığı birgə məlumatda bildirilib.

Bu məqsədlə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

"Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək", - məlumatda vurğulanıb.