Menu
Xəbər Lenti
İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

Prezidentlər təltif olundu
31-07-2026, 10:05

Prezidentlər təltif olundu

07 Eyl 10:59Manşet / İdman

Lamiyədən növbəti medal! - Yenilənib

 

Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarında onuncu yarış günüdür.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın 6 təmsilçisi turnirdə çıxış edəcək. 

Paraatletçilərdən Lamiyə Vəliyeva, Orxan Aslanov, paracüdoçulardan Xatirə İsmiyeva, Dürsədəf Kərimova və İlham Zəkiyev, paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaqlar. 

***

Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

O, 400 metr məsafəyə qaçışda finiş xəttini ikinci keçərək gümüş medala sahib çıxıb.

Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı səkkizə (3 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.
Qeyd edək ki, L.Vəliyeva 100 metr məsafəyə qaçışda Paralimpiya çempionu olub.