Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

08 Eyl 09:41Manşet / Cəmiyyət

Yağış yağıb, külək güclənib

 

Saat 8:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağıb.

Qrız, Lerikdə duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq, şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.