Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
31-05-2025, 11:31

Xəzərdə zəlzələ oldu

Sabah 36 dərəcə isti olacaq
31-05-2025, 11:21

Sabah 36 dərəcə isti olacaq

Saleh Səmədov həbs edildi
31-05-2025, 11:17

Saleh Səmədov həbs edildi

Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

Ceki Çan qara kəmər aldı
30-05-2025, 06:12

Ceki Çan qara kəmər aldı

Xəzərdə yeni ada yaranıb
30-05-2025, 06:00

Xəzərdə yeni ada yaranıb

11 Eyl 09:54Manşet / Gündəm

Polisin zərərsizləşdirdiyi cinayətkarın dosyesində - Nələr var?

 

Xəbər verdiyimiz kimi, sentyabrın 9-u saat 21 radələrində Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə silahlı basqın zamanı polisin zərərsizləşdirdiyi Eldəniz Şükürov əvvəllər çoxsaylı cinayətlərə görə dəfələrlə məhkum olunub.

“Qafqazinfo”nun məlumatına görə, E.Şükürovun təqsirli bilindiyi cinayət hadisələrinin əsasən mülkiyyət əleyhinə qanunazidd əməllər olması diqqəti çəkir.

Əldə etdiyimiz məlumata görə, o, ilk dəfə 2003-cü ildə qabaqcadan əlbir olub bir qrup şəxslə törətdiyi soyğunçuluq cinayətlərinə görə azadlıqdan məhrum edilib. Həbsdən sonra cinayət əməllərini davam etdirən, əsasən külli miqdarda mülkiyyət cinayətlərinin təşkilatçısı və iştirakçısı olan Eldəniz Şükürov soyğunçuluq, quldurluq və oğurluq cinayətlərinə görə məhkəmə hökmləri ilə ayrı-ayrı vaxtlarda 20 ilə yaxın müddətdə azadlıqdan məhrum edilməklə, məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, Binəqədidə baş verən insidentdə polisə silahlı müqavimət göstərən E.Şükürov hadisə yerində zərərsizləşdirilib, əlavə olaraq cinayət işi üzrə digər şübhəli şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq sirri olduğundan təfərrüat açıqlanmır.