Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

12 Eyl 19:04Manşet / Gündəm

Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar

 

AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin əməkdaşları b.e.d. Dilzarə Ağayeva, elmi işçi Tamilla Mailova, kiçik elmiş işçilər Xədicə Apbayeva, Elnarə İsgəndərli və Yaqut Yusifova yaz və yay mövsümü ərzində Daşkəsən rayonu və Göygöl Milli Parkında ekspedisiyada olublar. Ekspedisiyanın məqsədi göbələk müxtəlifliyini tədqiq etmək, patogen növləri və onların yayılma arealını müəyyənləşdirmək, qida və tibbi əhəmiyyətli makromisetləri araşdırmaqdan ibarət olub. Monitorinqlər Daşkəsən rayonunun Əmirvar, Xoşbulaq, Tapan və Zivlən kəndləri, Göygöl Milli Parkı üzrə Toğanalı, Aşıqlı, Çaykənd, Göygöl və Maralgöl ətrafında müxtəlif senozlarda aparılmışdır. Əhəmiyyətli sayda mikro- və makrogöbələk nümunələri toplanmış və əsasən təyin edilmişdir.

Bu növlərdən Aucularia messenterica, Byssomerulius corium, Pluteus romellii enliyarpaqlı ağac və kolların ölü oduncağında, Collybia brunneocephala oduncaqda, Agrocybe molesta otlar arasında, Clitocybe gibba, Melanoleuca melaleuca, Mycena sp. və s. üzvü maddələrlə zəngin döşənəkdə saprotrof, Gymnopus sp., Schizophyllum commune, Stereum ostrea həm saprotrof, həm də parazit formada, Hymenopellis sp. çürüyən oduncaqda rast gəlinir. Amanita rubescens mikorizal, yeməli, lakin məsləhət görülməyən, Hebeloma crustuliniforme mikorizal və zəhərli, Russula vesca mikorizal və yeməli, Polyporus tuberaster saprotrof və yeməli olaraq müəyyənləşdirilmişdir.

Təyin edilməmiş növlər arasında saprotroflar və ksilotroflar tez-tez rast gəlinən növlərdir. Bir sıra nümunələr laboratoriya şəraitində qidalı mühitə keçirildikdən sonra araşdırılacaqdır.
Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar
Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar
Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar
Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar