Xəbər Lenti
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12-12-2025, 08:58
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ronaldoya yeni baş məşqçi

“Milan”ın sabiq çalışdırıcısı Stefano Pioli Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubunun baş məşqçisi təyin olunmağa yaxındır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Tərəflər müqavilənin şərtləri ilə bağlı danışıqlar aparır. Razılıq əldə olunarsa, Pioli bu vəzifədə istefaya göndərilən Luis Kastronu əvəzləyək.
Qeyd edək ki, Stefano “Milan”dan ötən yay ayrılıb.
Onu da bildirək ki, Səudiyyə Ərəbistanı çempionatının ilk üç turundan sonra “Əl-Nəsr” beş xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.






















































