Xəbər Lenti
14-06-2026, 12:48
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
14-06-2026, 11:59
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Astarada nəvə babasının evini taladı - Foto

Astarada evlərdən birindən pul, pensiya kartları və qızıl oğurlanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonunun Şahağacı kəndində olub.
Belə ki, 1999-cu təvəllüdlü Vüsal Dadaşov bababasının evindən 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartını oğurlayıb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən V. Dadaşov saxlanılıb.
Ondan oğurladığının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Surxay Şahbazov
























































