25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
Leninqrad Milli Mədəni Muxtarıyyatın sədri Naib Paşayevə ağır itki üz verib.
Leninqrad Milli Mədəni Muxtarıyyatın sədri Naib Paşayevin anası Reyhan xanımın vəfatı ilə əlaqədar “Xan qızı Natəvan Dünya Azərbaycan Qadınları” İctimai Birliyin sədri Abbasova Könül Alim qızı və birliyin üzvləri kədərlənərək dərin hüznlə baş sağlığı verir, mərhuma Allahdan rəhmət diləyir, Naib Paşayevə və yaxınlarına səbr diləyirlər. Naib müəllimin həssas dönəmində onun yanındadılar, Allahdan dözüm və möhkəm olmasını arzulayırlar.
Bir daha Reyhan ananın ruhuna dualar oxuyaraq Allahdan rəhmət diləyirlər.
Məkanı cənnət olsun, ruhu şad olsun.
Qeyd: Naib müəllim hər zaman elin, obasını təəssübünü çəkən insan olub. Həmişə xüsusi əhəmiyyətli tədbirlərdə vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək, şəhid ailələri, veteranların və aztəminatlı ailələrin yanında olaraq maddi-mənəvi dəstək göstərmişdir. Naib müəllim vətənpərvər eloğlumuz olaraq dövlət və dövlətçilik mənafeyini hər şeydən üstün tutaraq Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabının apardığı daxili və xarici siyasətini dəstəkləyir.
Fərid Faiqoğlu Səfərov
"Xezertv.info"nun rəhbəri