25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynova ağır itki üz vermişdir.
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynova ağır itki üz vermişdir. Onun anasının vəfatı həm ailəsi, həm də yaxınlarınısarsıtmışdır. Ananın itkisi insanın həyatında baş verən ən ağır və təsirli hadisələrdən biridir. Hər kəs üçün ana böyük bir dayaqdır, onun məhəbbəti və qayğısı əvəzedilməzdir. Rəfail müəlliməbu ağır itkiyə görə dərin hüznlə qarşılayır və ona bu çətin günlərdə səbr diləyirik.
Rəfail müəllim uzun illərdir təhsil sahəsində uğurla fəaliyyət göstərmiş, öz işini peşəkarlıqla yüksək səviyyədə inkişaf etdirən bir şəxsdir. O, təhsilin inkişafı və təhsilin yüksək keyfiyyəti üçün daim çalışmış, müəllimlər və şagirdlər arasında böyük hörmət və etimad qazanmışdır. Onun bu çətin anlarında məktəb kollektivi, dostları, KİV nümayəndələri yanındadı və kədərinə kədərlənir, anasına Allahdan rəhmət diləyirlər.
Ananın varlığı hər bir insan üçün ən qiymətli dəyərdir. Onun həyatda olması ailə üçün həm mənəvi, həm də fiziki dayaqdır. Ana övladlarına sevgi, mərhəmət və qayğı göstərən ilk insandır və onun itkisi hər zaman böyük bir boşluq yaradır. Rəfail müəllimin anasının daimi xatirəsi qəlbində əbədi olaraq yaşayacaq. Biz də bu çətin günlərdə Rəfail müəllimə dərin hüznlə baş sağlığı verir, Allahdan diləyimiz anasının məkanı cənnət olsun deyirik.
Fərid Səfərov Faiq oğlu
“Xezertv.info”-nun rəhbəri