Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
“Əvəzetmələrə qarışa bilmərəm” - Elvin Cəfərquliyev

“Çox danışılacaq bir şey yoxdur. Öz azarkeşlərimiz önündə qalib gəlmək istəyirdik. Bizim üçün çox vacib gün idi. Qazanılacaq 3 xal şanslarımızı artıracaqdı. Təəssüf ki, uduzduq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev deyib.
O, Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”a 2:4 hesablı məğlubiyyətdən danışıb:
“Oyuna yaxşı başlamışdıq. Qollar vurduq. Oyunun bəzi dəqiqələrində üstünlük bizdə idi. Topla çox yaxşı davranırdıq. Amma bu cür matçlarda hücuma çıxanda etdiyin balaca səhvlər qapında qolla nəticələnir. Rəqib əks-hücumlara çox yaxşı çıxırdı. Bunu əvvəldən də bilirdik. Onun nəticəsi idi ki, 2 top buraxdıq. Əlimizdən gələni edəcəyik ki, növbəti matçlarda yaxşı oynayaq. Deyirsiniz ki, əvvəldən bilirdinizsə, müdafiədə oturub əks-hücumlara şərait yaratmazdıq. Amma həmin dəqiqələrdə bu təhlükəli idi. Ani səhvlər olmamalıdır. Qaçırılan qol şanslarının da məğlubiyyətdə rolu oldu”.
E.Cəfərquliyev 3-cü qolu matçın qırılma anı olduğunu da sözlərinə əlavə edib:
“Üçüncü qoldan sonra məyusluq oldu. Ondan sonra da buraxdığımız qol bəllidir”.
“Əvəzetmələr məğlubiyyətdə rol oynadı?” sualına futbolçu belə cavab verib:
“Əvəzetmələrə mən qarışmayım. Çünki məşqçinin qərarıdır, qarışa bilmərəm”.



















































